Nədir amacın!

Nədir amacın!
 

 

Təvəkkül Goruslu

NƏDİR AMACIN 

Torpağa sis kimi səpilən yağış, 

Sən hələ çiskinsən, damcı deyilsən. 

Yerin ağuşuna təpilən yağış, 

Sən hələ qaşovsan,  qamçı deyilsən. 

 

Səssizcə hopursan canına yerin, 

Bir eşqin ruhuna hopduğu kimi. 

Dönürsən cismində qanına yerin, 

Qəlbində pərvəriş tapdığı kimi. 

 

Sıxlaşıb,  böyüyüb bərkidiyin an, 

Döyərsən səkini,  yolu,  yamacı. 

Tündləşər buludlar,  seyrələr duman...

Bax onda bilinər nədir amacın!

 08.09. 2022

Paralel.az

0.029576063156128