Millət vəkili: ”Bütün dövrlərdə itirilən nəsillərin ölkələrin durumuna təsiri öyrənilir”

 

Millət vəkili: ”Bütün dövrlərdə itirilən nəsillərin ölkələrin durumuna təsiri öyrənilir” 
 

 

Ölkədə istedadlı insanların sayı az deyil. Bu şəxslərə sosial şəbəkələrdə, tədbirlərdə tez-tez rast gəlirik.  Onlar irəli çəkilməlidirlər, onlara işləmək üçün şərait yaradılmalıdır. Təhsil və elmlə bağlı olduqca maraqlı fikir sahiblərinə rast gəlirəm. Təəssüflər olsun ki, bir çox sahələrə rəhbərlik edən şəxslər istedadları görmürlər, danırlar, görsələr də yaxınları olan istedasızları üstün tuturlar. Bütün dövrlərdə itirilən nəsillərin ölkələrin durumuna təsiri öyrənilir. Ancaq bu artıq tarix olur. Artur Şopenhaur gözəl yazıb:  "Arasıkəsilməz şəkildə yalnız gələcəklə bağlı planlar qurmaq, yaxud keçmişlə bağlı xiffət çəkmək əvəzinə, biz heç vaxt unutmamalıyıq ki, yalnız indiki zaman realdır və həqiqidir." Biz isə bütün sahələrdə hər zaman keçmişdən danışmağı xoşlayırıq. Elm və təhsil müəssilərində çalışanlar tənqidi təfəkkür çərçivəsində nöqsanları belə dilə gətirməkdən çəkinirlər. Keçmiş barədə danışmağa tədarük görürlər.   

P.S. Dünyada istedadlı insanlar klublar yaradırlar. Fikir mübadiləsi aparırlar. Düşünürəm ki, facebook ünsiyyət üçün tam yetərli deyil. Xeyli dərəcədə təsəlli yeridir.

Universitetlərin, nazirliklər və komitələrin qapıları istedadlı şəxslərin üzünə açıq olmalıdır.

Paralel.az

0.024192810058594