Təzə adam
Şair Qəşəm Nəcəfzadə
Təzə adam
Sahil metrosundan çıxdım şəhərə,
Adamlar gözümdə itkin kimiydi.
Hamı bir –birindən düşmüşbdü ayrı,
Hamı bir birindən itən kimiydi.
Baş vurdum baş qatan çayxanalara,
Adamlar təkiydi, aralıydılar.
Öpürdı bir kişi qızın alınından,
Dəyəsən indicə vurulmuşdular,
Gözdən qan axırdı, yaralıydılar.
Yemək qoxusyla acların ahı,
Havada ləzzətlə öpüşürdülər.
Mən sevən yeməklər yanmışdı artıq,
Sən sevən yeməklər bişməmişdilər.
Baxdım, televizor da çilik - çilikdi
Nəğmə döşəmədə eşələnirdi,
Sən sevən mahnının sözü ölürdü.
Dönərçi keçi tək şeşələnirdi.
O mahnı bir yerdə görmüşdü bizi,
Əl açıb- gəl məni götür - deyirdi.
Orda bir xidmətçi qız varıydı ha,
Onu gombul kişi hədələyirdi.
Mən harda əyləşim, stolum da yox
Hamsını harasa aparmışdılar.
Divardan şəkili qopartmışdılar,
Divarı, tavanı rəngləmişdilər,
Burda bir sevgini öldümüşdülər,
Burda bir oğlanı ağlatmışdılar.
Adamlar upuzun dırnaqlarıyla
Şüşənin üzünü qaşıyırdlar.
Şəkil çəkdirmişdik pəncərələrdə,
Şəkillərimiz orda yaşayırdılar.
Bilmədim neyləyim, tez qaçdım çölə,
Qarşıda binanı uçururdular.
Quşları torpağa endirirdilər,
Adamları göyə uçururdular.
Çevrildim, gördüm ki, metro ulayır
Üstündək ki, bina quş kimi üçür.
Gördüm ki, çiynimdə bir tabut gedir,
Gördüm ki, arxamca bir qadın qaçır.
Qışqırdım, tutdular məni, dedilər,
Uçan bina deyil, sənsən ay adam.
Haradan gəlirsən, hara gedirsən,
Sən hansı millətsən, dinsən ay adam?
Yalvardım, nə qədər, buraxmadılar,
Yanğın söndürənlər söndürdü məni.
Gözlərim bir damcı suda boğuldu.
Məni uçurdular köhnə bina tək,
Yerimdə bir təzə adam doğuldu.
Paralel.az