Xoş gördük...

Xoş gördük...
 


Xoş gördük 

Zöhrab Mehdi

Xoş gördük - Allah adamı,

Xoş gördük - Allahsız adam!

Necəsən - günah adamı, 

Bəs sən, sən - günahsız adam?!

 

Sarışın, əsmər - xoş gördük 

Xoş gördük - "can çəkən" adam!

Keyfin nə təhər - xoş gördük 

"Qan deyib", qan tökən adam?!

 

 Aydın adam, İŞIQ adam

 Salam, səni də xoş gördük. 

 Hər  işi "qarışıq" adam -

 "Bəlam", səni də xoş gördük!

 

 Xoş gördük - hüzur, qalmaqal

 Xeyir həm də, şər -xoş gördük!

 Xoş gördük - haram və halal

 Xoş gördük BƏŞƏR, xoş gördük!

 

   Paralel.az

0.028126955032349