Günel Bayramova:”İnsan nə qədər insanlıqdan çıxmalıdır ki...”
Loqopedik mərkəzin ayrı-ayrı filiallarında xüsusi qayğıya ehtiyacı olan körpələrə verilən işgəncələr dəhşət doğurur.
İnsan nə qədər insanlıqdan çıxmalıdır ki, dilsiz-ağızsız, üstəlik də əqli yaxud başqa bir qüsuru olan körpələrə işgəncə versin.
Bunun heç bir izahı, bağışlanması ola bilməz! Xatırlayırsızsa bir müddət əvvəl bir təhsil eksperti qalmaqallı açıqlama vermişdi: “Bağça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır. Habelə, boşanmış, övladı vəfat etmiş şəxsləri bu vəzifəyə, ümumiyyətlə işə cəlb etmək olmaz...”
(https://konkret.az/bosanmis-qadinlar-bagcaya-ise-goturulmemelidir-tehsil-ekspertinden-detallar/).
İndi bu reabilitasiya mərkəzinin üzdən göyçək “defektoloq”larının vahimə doğuran qəlblərini necə edək, yaxud görəsən vəhşət saçan “mələksimalı” şeytanlar sizin dediyiniz kimi boşanmış, yaxud övladı vəfat etmişlərdəndirlərmi, ay ekspert?
Paralel.az