Ali Təhsildə Keyfiyyət!? - II yazı

Ali Təhsildə Keyfiyyət!? - II yazı
 



Ped.ü.f.d. Vüsal Kərimli

Ali təhsil sosial, iqtisadi, mədəni, elmi və siyasi baxımdan ölkənin böyüməsində və inkişafında mühüm rol oynayır. Pradeep Kumar.
 
Müasir çağırşlardan biri də, ali təhsil müəsissələrində institusional yoxsa proqram akkreditasiyası vacibdir sualıdır? Təbii ki hər ikisi. İnstitusional akkreditasiya təşkilatı sturukuru, inkişaf hədəfləri, idarəetmə, qərarların qəbul edilməsi və s. qiymətləndirdiyi halda,(bununla bağlı daha ətraflı növbəti yazılarda təhlil aparılacaq) proqram akkreditasiyası ayrılıqda ixtisas proqramlarını qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli Qərarı ilə Təhsil müəssisələrinin akkreditasiyası qaydaları müəyyən edildi. Qaydalara əsasən artıq Azərbaycan Respublikasında fəaliyyət göstərən tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəsissələri hər 5 ildən bir institusional və proqram akkreditasiyası keçirilməli, ildə bir dəfə olmaqla monitorinq qiymətləndirilməsi aparılmalıdır.

Qərarın 4.7 bəndinə əsasən Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramının nəticələri dövlət akkreditasiyası üçün nəzərə alınır. 493 nömrəli qərara əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəsissələrini akkreditasiya etmək yalnız Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edildi.

Maraqlıdır ki Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu günə kimi 4.7 bəndə uyğun tələbini, yəni Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı (ENQA) üzrə Assosiasiyanın tam hüquqlu üzvü olan xarici keyfiyyət təminatı qurumları tərəfindən keçirilən proqramları tanıyacağını iddia edən qurum adı gedən assosiasiyanın tam hüquqlu üzvü ola bilməyib.

Məlum qanunda institusional akkreditasiya ilə bağlı heçnə qeyd edilməyib. Əlavə olaraq onuda qeyd etmək yerinə düşərdi ki, 493 nömrəli qərarın verilməsindən 2 (iki) ilə yaxın keçməsinə baxmayaraq hələ də akkreditasiya meyarları müəyyən edilməyib, hələ 2021-ci il mart ayında iki universitetimizin Gəncə Dövlət Universiteti (GDU) və Azərbaycan Texnologiya Universitetində (UTECA) qiymətləndirmənin bitdiyi qeyd edildi. Rəsmi sorğuya əsasən isə nəticələrin 439 saylı qərarın tələblərinə uyğun şura müəyyən edildikdən sonra qərar veriləcəyi bildirilir.

Digər tərəfdən isə 2022-ci il mart ayında report.az elektron xəbər portalının Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata əsasən Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Tibb Universitetində (ATU) institusional akkreditasiya keçirilməsi xəbəri tirajlanıb. Maraqlıdır hələ institusional və proqram akkreditasiyası meyarları müəyyən edilmədiyi zamnda Təhsildə Keyfiyyət Təminatı Agentliyi adı gedən ATM-ni necə akkreditasiya edəcək? 02.09.2022-ci ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən səmərəli daxili keyfiyyət təminatı strukturunun qurulması və təhsil proqramlarının beynəlxalq akkreditasiyası üçün əlaqələndirici qismində dəstəyin göstərilməsi nəzərdə tutulub.

Nəzərə almaq lazımdır ki BDU-nin 6 proqramı Qazaxıstan Respublikasının IQAA təşkilatı tərəfindən 2026-cı ilə qədər akkreditasiya edilmişdir. Qeyd etmək yerinə düşərdi ki, Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı (ENQA) tam hüquqlu üzvü olan IQAA təşkilatından akkreditasiya sertifikatı alan müəsissə necəə olur ki hələ Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı (ENQA) tam hüquqlu üzv ola bilməyən təşkilat elm məbədimiz olan BDU-a dəstək olur? Qiyməti ictimaiyyət versin. Qeyd edək ki, Azərbaycandan bir neçə universitetin proqamları beynəlxalq akkreditasiyadan keçib.

Azərbaycan Neft və Sənaye Universiteti 3 proqram və Azərbaycan Tibb Universiteti 3 proqramla Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı (ENQA) siyahısına düşə bilmişlər.
Davamı var......

Paralel.az

0.025599956512451