Ali Təhsildə Keyfiyyət!?
Bildiyimiz kimi, təhsil sisteminin cəmi 200 yaşı var. Bundan əvvəl formal təhsil daha çox varlılar üçün nəzərdə tutulmuşdu. Lakin sənayeləşmə bizim iş tərzimizi dəyişdikcə, dünyəvi təhsilə ehtiyac yaranmışdır. "Fabrik və ya zavod məktəbləri" ilk olaraq harada yaranmışdı? “Fabrik məktəbləri” indiki adları ilə 19-cu əsrin əvvəllərində Prussiyada yaranmışdır. İlk dəfə olaraq təhsil dövlət tərəfindən təşkil edildi və nizamlandı. Onlarla tələbə eyni vaxtda yaşlarına uyğun qiymətlərə görə siniflərə yerləşdirilir və kurrikulumu mənimsədikcə ardıcıl siniflər keçirdilər. Onlar təhsilə sənayeləşmiş bir yanaşma tətbiq etdirdi.
2018-ci ildə Allison Schragerin Müasir təhsil sistemi gələcək fabrik işçilərinə “punktual, itaətkar və ayıq” olmağı öyrətmək üçün nəzərdə tutulmuşdur adlı yazıda qeyd edir. Eyni zamanda da O, qeyd edir ki, indi yeni, post-sənaye dövrünə keçdiyimiz üçün təhsilimizin fabrik işlərinə uyğun olaraq necə inkişaf etdiyini və bu modelin hələ də məntiqli olub olmadığını düşünməyə dəyər. Digər tərəfdən də 2009-cu il də İngiltərənin Lordlar palatasının üzvü Mandelson deyir ki, "Universitetlər işçi istehsal edən fabrik deyillər" Mənim subyektiv fikirim isə tam əksini deyir. Azərbaycan və dünyada ATM-nin sayı, tələbə sayı və eyni zamanda da təhsil haqlarının da, artması bu da günün paradoksu ola bilər. Bu məqamda dünyada olan universitetlərin rəqabət və keyfiyyət mühitinin qiymətləndirilməsi məqsədilə yaranan beynəlxalq reytinqlərdə bizim universitetlərimizin yerinə diqqət etsək mənzərə aydın olar. 2008-ci ildən Dos. İlham Əhmədov Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? adlı yazısına diqqət etsək görərik ki müəllif hələ 2008-ci ildən diqqəti bu istiqamətə yönləndirirdi.
Yuxarıda qeyd edildiyi kimi dünyada ATM-nin sayı artdıqca bu sahədə ciddi rəqabət yaranır yeni ölçü meyarları tətbiq edilir və müxtəlif istiqamətlərdə universiteti, kollec, peşə təhsili müəsissələrinin beynəxalq reytinqləri yaradılır. Əfsuslar olsun ki bu iş hələ də, lazımı səviyyədə qurulmayıb. Əlavə olaraq qeyd etmək lazımdır ki, hazırda tək universitetlərin reytinqi deyil eyni zamanda müxtəlif proqramlar üzrə də, reytinqlər müəyyən edilib. Proqram reytinqlərində isə əsas tələblərdən biri proqramların beynəlxalq akkreditasiyasının olub olmamasıdır.
Davamı var.....