Millət vəkilinin məzuniyyət vaxtı vətəndaşlarla növbəti görüşü olub - FOTO

Millət vəkilinin məzuniyyət vaxtı vətəndaşlarla növbəti görüşü olub - FOTO
 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa dünən (05.09.2022) Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində məzuniyyət dövründəki növbəti vətəndaş qəbulunu keçirib.

Millət vəkilinin qəbul otağında keçirilən tədbirdə (Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35) seçildiyi 26 saylı Sabunçu birinci seçki dairəsini əhatə edən qəsəbə sakinəri ilə yanaşı, yenə də paytaxtın digər rayonlarından gələn vətəndaşlar da iştirak ediblər.

Müraciətlər əsasən məşğulluq, iqtisadi problemlər, pensiya, vəzifəli şəxslərin fəaliyyətindən narazılıq və digər məsələlərlə bağlı olub. Vətəndaşların qaldırdıqları bəzi məsələlər yerindəcə həll edilib. Qanunvericiliyə müvafiq olan digər müraciətlər isə deputat tərəfindən qeydə alınaraq aidiyyatı üzrə mərkəzi və yerli icra orqanlarına deputat sorğusu ilə müraciət edilməsi qərara alınıb.

Paralel.az

0.02161693572998