Bu qədər keyfiyyətsiz işlərə bəs kim cavabdehdir ?

Bu qədər keyfiyyətsiz işlərə bəs kim cavabdehdir ?
 

Valideynlər cəmiyyətə bəh-bəhlə təqdim edilən yeni məktəbli formasından narazıdırlar. Məktəbli köynəyinin yaxalığı (воротник) Rusiyanın dövlət bayrağının rənglərini simvolizə edir. Bu nədir? Yoxsa, məktəbli forması da bəzi dərsliklərimizin günündədir (orda da erməni bayrağının rəngləri vardı.)

ETN deyir ki, dərslikdəki problemlər bizlik deyil, nəşriyyatlıqdır. Milyonlarla dövlət vəsaiti hər il keyfiyyətsiz dərsliklərə niyə sərf edilir? Buna məsuliyyət niyə hansısa nəşriyyatın üstünə yönəldilir?

Sifarişçi kimdirsə, pulu kim ödəyirsə, işi kim qəbul edirsə, məsuliyyət də onun boynunda olmalıdır. Deməli, hansısa səbəbdən, nəşriyyat seçimini düz aparmayıb. Kimin səhvidir? Dərslik təhsildə ən mühüm vasitədir, pis dərsliklə heç vaxt keyfiyyətli tədris ola bilməz. Repetitorluğun kütləviliyinin bir səbəbi də dərsliklərin çox zəif olmasıdır. Bu ilki qəbul imtahanlarında 70% abituriyent 150 balldan az yığıb. Bu işdə keyfiyyətsiz dərsliklərin payı çoxdur, hətta repetitorlar da bunu kompensasiya edə bilmir. Bunun məsuliyyətini kim daşıyır görəsən? Repetitorlar?


ETN deyir ki, məktəbli forması bizlik deyil, fabriklikdir, elə isə hansı marağa görə və niyə belə təkid edirdilər ki, hamı hökmən yeni forma alsın?
ETN deyir ki, repetitorluq məsələsi bizlik deyil, bu sahibkarlıq fəaliyyətidir, biz bunu qadağan edə bilmərik (hətta bəzən bizdə repetitorluq yoxdur deyirlər).
ETN deyir ki, müəllimlərin təkmilləşdirilməsi və ixtisasartırılması məsələləri də bizlik deyil, bunu özəl şirkətlərə həvalə etmişik. Onda müəllimləri niyə sertifikasiya niyə edirsiniz, tapdığınız şirkətlərin fəaliyyətini sertifikasiya edin, baxın niyə keyfiyyətli iş görmürlər?


Yaxşı, bəs gündən günə batan təhsilin keyfiyyətinə kim cavabdeh olmalıdır?
Yaxşı bəs, nazirlik bu qədər problemlərin hansına məsuldur görəsən?
ETN yalnız MİQ, DİQ məsələləri ilə məşğuldur? Bəlkə MİQ və DİQ-i də bir başqa şirkətlərə həvalə edək?
Bəlkə, bəzi ölkələrdə olduğu kimi, heç bizdə də təhsil nazirliyi olmasın, buna nə ehtiyac qalır ki?

Paralel.az

0.021400928497314