Sözün xətrinə 

Sözün xətrinə 
 

Dəyərli şair qardaşım Şahin Həmidliyə

SÖZÜN XƏTRİNƏ

Sözün yüksəltdiyi Tanrı qatında,
Deyirlər qulluğa yoxdur ehtiyac.
Qullar da boy- boya körpü altında,
Durublar bir tikə çörəyə möhtac.

Göz də həmin gözdü, yaz da həmin yaz,
Bir göz bahar görür, bir göz qış görür.
Düşmürsə taleyə naxışdan bir az,
Ağlayan gözlər də tək yağış görür.

Başına min oyun açılıb sazın,
Daha Misri çalmır, Kərəmi çalmır.
Solğundu, bombozdu işvəsi nazın,
Qəlblərə, könülə atəşin salmır...

Bizim qədərimiz sarayla gülməz,
Düşmüşük kəlamın, sözün sehrinə.
Bizə gələnlər də parayla gəlməz,
Soyarlar, dəymərik sözün xətrinə!

Təvəkkül Goruslu

Paralel.az

0.017452955245972