Azərbaycan dili

Azərbaycan dili
 

Ümumən dilimiz haqqında, son zamanlar internet səhifələrində gedən bəzi paylaşmalarda bəzi narahatlıqlar söylənilir. Bunlar hamısı ona görədir ki, Xalq anlayışı ilə Millət anlayışını nədəsə qarışıq salırıq. Hələ ki, başqa səbəb tapa bilmirəm.

Bilməliyik ki, xalq anlayışı, bu gün hamımıza məlum olan, dövlət anlayışına yaxın, bir status deməkdir. Vaxtı ilə xalq deyəndə, həmişə dövlətə bənzər bir anlayış nəzərdə tutulub. Ümumiyyətlə götürdükdə, dünyada çoxlu xalqlar var ki, bunlar da əsasən iki hissəyə ayrılır. Millətin yaratdığı xalqlar və az saylı xalqlar. Bunların da təbii olaraq öz misiyaları var, Millətin yaratdığı xalqlar, dünya sivilizasiyasının inkişafında aparıcı rol oynamalıdırlar. Az saylı xalqlar isə bu sivilizasiyada varlığını qoruya bilməlidirlər.

Bu yazılmamış, qanun çərçivəsində dünya insanları tarix boyu yaşayıb, yaşayır və yaşayacaqlarda. Bilməliyik ki, azərbaycan millətə aid olan bir xalqdır, yəni onu Türk milləti yaradıb və onun biri -biri ilə ünsüyyət dili var. Bu dilin çox kamil şəkildə formalaşmış qramatikası mövcutdur. Bu gün bu dilin, sahib olacağı ən böyük status internetin tərcümə bölümündə yer alan dillərdən biri olmaq dır ki, o da var. Odur ki, dilimiz haqqında heç kəsin narahat ola biləcəyi bir səbəb görmürəm. Azərbaycan dili, Azərbaycan xalqının dövlət dilidir və dünyada mövcud olan bütün dillərə dərin hörmətlə yanaşır.

Rafiq Turabxanoğlu

Paralel.az

0.0192711353302