Çingiz Şahbazi: "Azərbaycan polisinə yaraşmayan bu görüntülər cavabsız qala bilməz"
Xaçmaz rayon DYP idarəsinin rəisi və daha idarənin 5 əməkdaşı tutduqları vəzifələrindən azad olunublar.
Bir neçə gün öncə sosial şəbəkələrdə yayımlanan görüntülər bu adamların tutduqları vəzifələrindən uzaqlaşmalarına səbəb olub. Görüntülərdə rəisin otağı sanki bir ofis rolunu oynayır və gərgin ortamda polislər arasında mübahisəli vəziyyət və qarşılıqlı təzyiqlər, məhz bu idarənin nə işlə məşğul olduğunu göstərir.