FÜZULİNİN «SU CUVARINDAN QANQSTERƏ ÇEVRİLMİŞ» İcra başçısı: Keçmişini unudan ALI ALİYEV sahibkarlara zülm edir!
Bütləşmiş icra başçısı Alı Alıyevin haqqında yazılan, deyilən tənqidi fikirlərə rəğmən hələ də uzun illər zəbt etdiyi kreslonu buraxmaması, həbs olunan həmkarlarının aqibətini yaşamaması onu araxayınlaşdırıb, özündən razı salıb.
Alıyevi fərqləndirən əsas mənfi cizgilərdən biri onun alçaq itaətinə boyun əyməyən rayon sakinləri ilə qeyri-ordinar rəftarıdır. Xoşuna gəlməyən kiməsə zaval yetrirmək qərarına gəldisə, Alıyev hətta əlində olan inzibati resurslarla da kifayətlənmir, məqsədinə çatmaq üçün qoçuların, başıpozuqların, kriminial ünsürlərin, böhtançıların, cəmiyyətin tör-töküntülərinin də xidmətindən istifadə edir.
“RealMedia.az” xəbər verir ki, bu günlərdə redaksiyamıza müraciət edən Füzuli rayonunun Araz Dilağarda kənd sakinlərindən olan Həsənovlar (Xəyyam Həsənov) ailəsinin bir üzvü bildirib ki, Alı Alıyev bir müddət onun haqlı tələbini vaxtında yerinə yetirmədiyi, sənədli torpaq sahəsi ilə təmin edə bilmədiyi üçün müvəqqəti olaraq öz əkin yerini veribmiş ki, əkib-becərsin. Həmin əkin sahəsində Şahmurad adlı bir şəxsin ferması yerləşir. Fermanın qoyunları hər il Həsənovların əkininə xeyli ziyan vurur. Bu il də həmin səbəbdən 7 hektardan çox yerdə qoyun yatdığına görə, kombayn biçin apara bilməyib.
Şikayətçi qeyd edir ki, Füzuli rayon suvarma idarəsinin balansında olan həmin heyvanları Alı Alıyev özününküləşdirib həmin fermada saxlatdırır:
“Atam gedib Alı Alıyevin yanına bizə ziyan vurulduğunu dedi. Alıyev də dedi ki, Şahmurada zəng vurub tapşırmışam, get evinə, ziyanın qarşılığı veriləcək. Atam da qayıdıb gəlib, amma Şahmuraddan aldığı cavab bu olub ki, mən Alı – zad bilmirəm, mənim qoyunum orada otlamayıb, heç nə də ödəmirəm.
Atamı susdurmaqü üçün özlərinin əlaltısı olan Kürdmahmudlu kənd sakini Fəxrəddin adlı şəxsi öyrədib şikayət elətdirib ki, guya biz həmin ərazidə qanunsuz olaraq, öz yerimizdən əlavə Fəxrəddinin də yerindən arpa biçmişik. Bax, Alı Alıyev bizə belə zülm edir!..”
Yeri gəlmişkən, Alı Alıyev Həsənovlarla çoxdan götürüşüb, vaxtilə bu ailəyə məxsus, “VAZ 21015” markalı avtomobil yandırılıb, taxıl zəmiləri yandırılıb. Amma hüquq-mühafizə orqanları cinayətkarları tapmayıblar. Eyni aqibəti rayonun hörmətli, sanballı, qorxmaz adamlarından olan, rayon icra hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra etmiş mərhum Kazım İbişovun övladları da yaşayıb:
Onların da evləri, maşınları, ət dükanları yandırılıb.
Beləliklə, dəvə kimi, kinli Alı Alıyev onun qaranlıq keçmişinə, "su cuvarı" işlədiyi dövrdə etdiyi bəd əməllərə bələd olan köhnə kişilərin övladları ilə də ədavət aparır, onları sındırmaq üçün cəmiyyətin tör-töküntülərindən istifadə edrək, insanlara şər atmaqdan, təxribat və cinayət törətməkdən belə çəkinmir.
P. S. Ölkənin sərvətlərini mənimsəyənlərin ön sırasında yer alan məşhur qudalar - Elman Rüstəmov və Əhməd Əhmədzadənin vasitəsilə 10 ildir Füzulidə icra başçısı kreslosunda əyləşən Alı Alıyevi Füzuli əhalisi icra başçısından daha çox qudaların fermalarına baxan çoban, taxıl zəmilərinə qarovul çəkən şəxs kimi tanıyır. Rayonun ziyalıları Alı Alıyevin Füzuli rayonunun icra başçısı kreslosunda əyləşdirilməsini, tanınmış ziyalıları ilə ölkənin rayonları arasında çox ciddi fərqlənən 200 min əhalini təhqir etmək hesab edirlər...
Paralel.az