Etibar Əliyev: “40 il universitetdə vəzifələr zəbt edilirsə, hansı elmdən danışmaq olar?”

 

Etibar Əliyev: “40 il universitetdə vəzifələr zəbt edilirsə, hansı elmdən danışmaq olar?” 
 

Ölkənin Universitetlərində ötən əsrin 60-cı illərindən qalma kafedra müdirləri var. Deyəcəksiniz ad çəkmir? Çəkim də!

Məsumə Məlikova 1968-cı ildən indiyə kimi BDU-nun Hüquq fakültəsinin „Dövlət və hüquq nəzəriyyəsi və tarixi “kafedrasının müdırıdir.

Sudeyif İmamverdiyev 1990-cı İldən Tibb Universitetində "Urologiya" kafedrasının müdiridir.

Yaqub Məmmədov isə ATU-da 1979-cu ildən "Pataloji fiziologiya" kafedrasının müdiridir.

Belələrinin sayı 10-larladır. 40-50 il kafedra müdiri olmuş dünyasını dəyişənlərin adlarını çəkmirəm.

Qərbdəki və Şərqdəki elmdən danışırıq. 40 - 50 il Universitetlərdə kafedra müdiri vəzifələri zəbt edilirsə, hansı elmdən danışmaq olar.
Bir yapon aliminin əxlaqı barədə yazıram. Yapon kimyaçısı Keniti Fukui 1981-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb. O, “Nobel mükafatı həyatınızı necə dəyişdi”? sualına belə cavab verib: “Yaponiyada Nobel mükafatı laureatları olduqca azdır. Mən kimya üzrə Nobel mükafatını alan ilk kimyaçı olduğumdan, mətbuat üçün “bəxtəvər” ola bilərdim. Lakin xoşbəxtlikdən, yaxud bədbəxtlikdənmi, yaş həddim çatdığından Kioto Universitetindən istefa verməli idim. Bu qayda istisnasız olaraq bütün professorlara aid edilirdi. Mən 39 il dərs dediyim universiteti mükafata layiq görülsəm də belə tərk etdim. Bu böyük mükafat şəxsi həyatımı o qədər dəyişmədi. Hər gün evimdən iş yerinə piyada gedir, yenə həmin kostyumları geyinirəm?"
Bu qədər...

Paralel.az

0.01913595199585