Şiddətə meyil niyə artır?

Şiddətə meyil niyə artır?
 

Siracəddin Hacı:
Şiddətin fiziki və mənəvi olanları var. Fiziki şiddət döymə, yaralama, öldürmə..., mənəvi-psixoloji şiddət söymə, təhqir, bağırma, iftira, yalan, ələ salma, dəyər verməmə, aşağılama, susdurma, qorxutma... biçimlərində özünü göstərir...
Azərbaycan insanı acıqlıdır, şiddətə meyillidir, dalaşmaq, içindəki qəzəbi, nifrəti tökmək üçün himə bənddir, cəmiyyət, sosial media savaş meydanı kimidir... Şiddətin səbəblərini belə sıralamaq olar:
- ACI – Azərbaycan insanının acısı çoxdur, yaralıdır, dərdinə dərman olacaq ünvan yoxdur, özünü kimsəsiz hiss edir, çarəsizlik, dəyərsizlik, anlamsızlıq şiddətə yönəldir;
- SÜNİ MANEƏLƏR – Azərbaycan insanı özünü ifadə, inkişaf, iş qurmaq, qazanmaq, qabiliyyətini üzə çıxarmaq imkanından məhrumdur, zülm hər şeyin yolunu kəsmişdir, basdırılmış duyğular şiddətə yol açır;
- EHTİYACLAR – Azərbaycan insanı maddi, mənəvi ehtiyaclarını təmin edə bilmir, yoxsuldur, bir qarın çörək üçün çalışır, istədiyi həyatı yaşamaq imkanı yoxdur, dəyərsizlik dərin böhrana səbəb olur, şiddətə yönəldir;
- PİS ÖRNƏKLƏR – insan ailədə, məktəbdə, mühitdə, TV-də şiddət görürsə, onu örnək alır, şiddəti normal davranış sayır, tətbiq edir;
- CƏZASIZLIQ – insan haqlarını yeyənlər cəzalandırılmayanda intiqam duyğusu alovlanır, haqqı əlindən alınan belə düşünür ki, günahkarın cəzasını özüm verməliyəm, şiddətdən başqa çıxış yolu yoxdur;
- ƏDALƏTSİZLİK – biriləri yağ-bal içində yaşayır, iki milyonluq saat taxır, pula pul demir, çoxluq da xanımından, övladlarından, yaxınlarından utanır, onların ehtiyaclarını təmin edə bilmir, xəcalət çəkir, başqalarından asılı vəziyyətə düşür, acığını tökmək üçün yer axtarır;

Paralel.az

0.013031959533691