Afət: "Ərin Təranə Qumralı sevir...” - QALMAQAL

Afət: 
 

Müğənni Afət Fərmanqızı qalmaqal yaradan açıqlama verib. 

"Paralel.az"  xəbər verir ki, o şəxsi "Instagram" hesabında tanıdığı bir xanımın ərinin həmkarı və rəfiqəsi Təranə Qumralı sevdiyini və onun mahnıları ilə yatdığını yazıb: 

"Bilə-bilə ki, yanındakı adam Təranə Qumralı sevir, yenə onunla yaşayırsan. Sən bilirsən sənin "ər" dediyin hər gecə onun mahnıları ilə yuxuya gedir. Səhifəndə də özündən başqa hamı var. Vaxtın olanda özündən də bir şey paylaş, "fonoqram" ərini də göstər. Guya ərə gedib. Bir özünə bax, gör sən nə gündəsən? Səni almayıblar, “kruçoka” salmısan yazıq kişini, canını qurtara bilmir səndən. Özünü də tülkülüyə vurub, ”xanım” kimi aparmaq istəyirsən, maskanı cırdım. Yadındadır, ərin dediyin sənin yanına gəlmirdi. Kişini gətirtmək ücün uşağı yatırdıb, kişinin şəklini uşağın qucaqına qoyub, şəklini çəkib, kişiyə atırdın ki, nə olar gəl, uşaq şəklinlə yatır. O yazıq da sənin fırıldağını nə bilsin? İndi biləcək". 

Qalmaqalda Təranə Qumralın adı çəkildiyi üçün müğənni ilə əlaqə saxladıq.

Cebhe.info-ya açıqlamasında Təranə Qumral onu hər kəsin sevə biləcəyini bildirib: 

"Məni hər kəs sevə bilər. Mən müğənniyəm, sevilməliyəm də. Baxaram görüm nə yazıb, görməmişəm. Təşəkkür edirəm". 

Qeyd edək ki, izləyicilər şərhlərdə həmin şəxsin müğənni Nazənin olduğunu yazıblar. Vaxtilə Nazəninlə Təranə Qumral arasında “Səni ərimlə tutdum” ittihamına görə qalmaqal yaşanıb. Tərəflər arasında dava ANS kanalındakı “Bazar səhəri” verilişindən başlayıb. Canlı efirə zəng edən Nazənin orada qonaq olan Təranə Qumrala “Səni ərimlə tutdum” deyə bildirib. T.Qumral isə “Nazənin 7 dəfə ərdə olub” deyərək qarşı tərəfin ittihamını cavabsız buraxmayıb. 

0.019088983535767