Keyfiyyət ilə Elm!?

Keyfiyyət ilə Elm!?
 

Ped.ü.f.d. Vüsal Kərimli

ATM və AMEA və digər təşkilatların beynəlxalq elmmetrik bazalarda (Clarivate və Scopus) çap olunan məqalə və onlara verilən istinadlar, dünya ilə müqaisədə Azərbaycan elminin dünyadakı yeri ilə bağlı analitik təhlillər apardım və nəticənin yaxşı olmadığını qeyd etdim.
Hətta real olaraq ilkin təkliflər də verdim. İndi isə təhsildə xüsusilə də, Ali təhsildə keyfiyyətin göstəricilərinə diqqəti çəkmək istərdim. 

Hər kəs təsdiq edə bilər ki ali təhsilin əsas göstəricisi və keyfiyyəti onun məzunlarının iş tapma (bura son 6, 12 ay və ya öz və ya qeyri sahə üzrə iş tapma, bu işin dövlət və özəl müəsissə, və ya öz işini qurma, dövlət, özəl qurumlarda) faizinin neçə olmasıdır. 

Sual olunur ki, ixtisas kafedraları öz məzunlarının inkişaf mərhələlərini izləyirmi və ya edirsə bunu neçə faizi edir? Tam əminliklə deyə bilərəm ki,  heç 0.2% bu işi etmir. Bu yaxınlarda qoşulduğum vebinarda ABŞ aparıcı universitetlərindən olan professorun sözləri heç yadımdan çıxmır. O, qeyd edirdi ki, proqramı (ları) hər 5 ildən bir bazarın tələblərinə uyğun yeniləyirik. 

Ölkəmizin ATM-nin xüsusi ilə də, dövlət ATM-lərinin kafedra müdirlərinin ən yaxşı halda 2 ştat vahidində (akademiyadan uzaq) çalışırlar. Kafedra müdirləri var ki, həm kafedra müdiridir, həm də əlavə başqa işdə çalışır. Onlarla bağlı yaxın vaxtlarda daha ətraflı məlumat paylaşacam. 

P.S. Statistika Komitəsinin 2020-ci ilin məlumatına əsasən MDB ölkələrində Orta hesabla bir kitabxanaya düşən kitabxana fondu, (min nüsxə)  Azərbaycanda 11.0, Belarusda 20.8, Ermənistanda 26.7, Qazaxıstan 28.5, Qırğızıstan 18.3, Rusiya 20.2 dir. Burada da geri qalırıq. 

Paralel.az

0.014985799789429