Təhsili necə xilas edək? 

Təhsili necə xilas edək? 
 

Dos. İlham Əhmədov

Mətbuat yazır ki, Elm və Təhsil naziri Emin Əmirullayev məktəblərin təhsil vermədiyini və bundan xəbərdar olduğunu deyib: "Məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”.
Nazir həqiqətləri dilə gətirməklə təhsil böhranını rəsmən etiraf edib, bir növ həyəcan siqnalı verib. Nəhayət ki, təhsildəki durumu olduğu kimi təqdim edən bir nazir tapıldı.
Həqiqətən Millətin gələcəyi təhlükədədır.

ETN Əmrullayevin təhsidəki durumla əlaqəli son bəyanəti bu sahədəki ciddi problemləri bir daha gündəmə gətirdi. Nazirin həqiqəti deməsi çox yaxşı haldır. Yalanlar seriyası təhsili illər ərzində çökdürdü. Repetitorluq son 30 ildə təhsilə ağır zərbə vurub.

Repetitorluq təhsil sistemində metestaz verib. Təhsili düzəltmək çətin məsələdir. Amma həlli mümkündür. Bir variantı mən təklif edə bilərəm.
1. Gələn il universitetlərə qəbul attestatla, imtahansız olsun. Onda repetitorluq sistemi dayanacaq.
2. Şagirdləri məktəbə yığmaq, şagird davamiyyətinə və dərslərin keyfiyyətinə ciddi nəzarət etmək.
3. Məktəblərin buraxılış imtahanını ciddiləşditmək.
4. Buraxılış imtahanları nəticəsində universitetlərə qəbul aparmaq.

Paralel.az

0.015197992324829