Məktəbdə direktor aparıcı simadır 

Məktəbdə direktor aparıcı simadır 
 

Dos.İlham Əhmədov

Böyük Azərbaycan maarifçisi, akademik Mehdi Mehdizadə "Azərbaycan xalq maarifinin sürətli inkişafıəsərində yazırdı: "Məktəb direktoru - bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı uşaqkollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir.

Bəli, məktəbdə  təlim-tərbiyə prosesi məktəbdirektorunun şəxsiyyətindən, pedaqoji təcrübəsindən,  peşəkarlığından, savadından dürüstlüyündən çox asılıdır. Bu səbəbdən  məktəb direktoru məhz pedaqoq olmalıdır. Müvafiq olaraq məktəb direktorunun aldığı məvacib daşıdığı məsuliyyətə və zəhmətinə uyğun olmalıdır.

Bu yaxınlarda  Azərbaycan Respublikasının Nazirlər KabinetininDövlət ümumtəhsil müəssisələrinin direktor direktor müavinlərinin (təhsilalanların sayına görə) həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqındaQərarına əsasən 865 nəfər məktəb direktorunun, 2343 nəfər direktor müavininin vəzifə maaşına əlavələr veriləcək.

Yeni təlimata əsasən məktəb direktorlarının maaşına əlavə, şagirdlərin sayı ilə müəyyən edilir, bunun tədrisin keyfiyyətinə heç bir təsiri olmayacaq. Bu məktəb direktorlarının öz vəzifəsini keyfiyyətli icra etməsinə stimul yaratmayacaq.  Qərara görə 2500 nəfərədn çox şagirdin oxuduğu məktəbin direktorunun maaşına 1500 manat əlavə ediləcəkdir. Bu meyar hesab edirik ki, çox da uğurlu meyar deyil.

Məktəb direktorlarının maaşına əlavə, məktəbdə təhsilin keyfiyyəti ilə yox, şagirdlərin kəmiyyəti ilə müəyyən edilirsə, bunun tədrisin keyfiyyətinə heç bir təsiri olmayacaq. Bu məqsədlə keyfiyyətə bağlı meyarlar seçilməli idi.  Digər tərəfdən bizim reallıqda direktor   təyinatı qabiliyyətiə görə yox, çox vaxt dost, tanış, qohum, yerli v.s. amillərə görə aparılır.

TƏKLİF EDİRİK Kİ, ÖLKƏDƏKİ MƏKTƏBLƏRİN REYTİNQLƏRİ MÜƏYYƏN EDİLSİN  VƏ MƏKTƏB DİREKTORLARININ MAAŞI BU ƏSASDA TƏYİN EDİLSİN.

Təklif edirik ki, yeni yaradılacaq məktəb Reytinq sisteminin əsas tələblərindən biri məktəbdə dərsə davamiyyət olsun. Yəni,  bütün şagirdləri (1-11-ci sinif) həftədə 5 gün, gündə 6 saat məktəbdə dərsdə olmalıdırlar. Bu məktəbin daxili intizam qaydasıdır. Bizdə hələlik distant orta təhsil yoxdur.

Şagirdləri məktəbə yığa bilməyən direktor necə yaxşı direktor hesab edilə bilər? Niyə ona maaş, hələ üstəlik maaşa  əlavə verilsin? Əgər məktəbin yuxarı siniflərində kütləvi surətdə  dərslərdən yayınma halları varsa (hər halda son 25 il belə olub),  deməli bu məktəbdə yuxarı siniflərdə  dərslər keçirilməyəcək, amma jurnallar yazılacaq, maaş da kimlərinsə cibinə gedəcək ?!

Repetitorluq artıq  xərçəng kimi bütün  təhsil sisteminə "metaztaz" verib. Məktəb direktoru, ya məmurlar buna göz yumursa, deməli öz işinin öhdəsindən gələ bilmirlər.

Bəli, təhsili düzəltmək istəyiriksə, ilk növbədə məktəb öz vəzifəsini tam icra etməlidir. Yoxsa vurhavurla savadlı müəllimləri imtahan edək, məktəbə yığaq, amma uşaqlar məktəbə gəlməsin. Onda bu seçimin təhsilə, onun keyfiyyətinə faydası olduOnda MİQ, DQ, DİQ, SERTF. nəyə lazımdır?  Saxta diplomlu müəllimləri  sertifikasiya yolu ilə ifşa etməkdənsə, əvvəlcə saxta təhsil prosesini”  ifşa edək.  

Ölkədə təhsilin, tərbiyənin vəziyyətinin düzəldilməsində ilk addım kimi  məhz bundan başlamalıyıq. Vəziyyəti düzəltmək istəyiriksə, məktəbi məktəb halına gətirməliyik. Dövlətin rəsmi məktəbini, uşaqların təhsil hüququnu, rəsmi  təhsili kölgədə saxlayıb, kölgə təhsili yaratmaq, bu  yolla biznes qurmaqla, kimlərinsə külli miqdarda pul qazanması  eyni zamanda təhsili inkişaf etdirmək mümkün deyil.

Ölkədə 30 ildir repetitorluq baş alıb gedir, artıq bugün  70 % məzun qəbul  imtahanlarında 150 baldan az toplayır,  nəticə isə ilbəil enir.   4 ildən sonra universitetlərə 75 min qəbul planı olacaq, deməli onda 50 ball kifayət edəcək tələbə olmağa?

Onda bəlkə universitetlərə qəbul imtahansız olsun?  Xalq da 50- 100  balldan ötəri bu çətin iqtisadi vəziyyətdə repetirorlara pul səpələməsin  illərlə.  

Vətəndaş vergi verir ki, övladı pulsuz təhsil alsın, bəs onda niyə valideyn ildə 5 min manat  hər övladınagörə repetitorlara  pul verməlidir?

Əgər reytinqlənmə sistemi yaradılarsa düzgüntətbiq edilərsə, təhsildə az vaxtda çox şey dəyişə bilər. Bu zəncirvari prosesdir, onun bütün həlqələri möhkəm olmalıdır. Nazirliyin funksiyası isə bu  prosesi normal təmin etmək  olmalıdır. Mərkəzdə regionlarda 1000 nəfərdən çox təhsil məmuru, 160  minə yaxın təhsilişçisi var, təbii ki, lazım olsa 4500 məktəbdə reytinqləmə işini qurmaq olar. Növbəti mərhələdə bu işi avtomatlaşdırmaq da mümkündür.

Nazir tez tez çıxışlarında deyir ki, problemləri qaldırın, təkliflər verin. Biz problem qaldırdıq, təklif verdik.  Əgər  ETN məktəblərin belə bir reytinqsistemini hazırlamaq istəsə, onlara məsləhət verməyə  hazırıq.

Paralel.az

 

0.025664806365967