Almaz Həsrət təhsil mərkəzindəki narazılıqdan yazır...
Bir tədris mərkəzi var. Rəhbərini çox yaxşı tanıyıram, ancaq hələ adını qeyd etmirəm.
Demək, məsələ belədir. Bir ailə çox maraqlı durumla üzləşib. Övladının ali məktəbə qəbul olunması üçün təbii ki, hamı kimi, valideyni axtarış edir.
Ona məsləhət görülən bir tədris mərkəzinə yaxınlaşır, qızının hazırlığı üçün ondan 250 manat pul alınır. Valideyn birtəhər o məbləği toplayıb, tədris mərkəzinə gedir. Ödənişi edir.
Hələ heç 1 dərs belə keçirilməyib. Məlum olur ki, şagirdin təhsil aldığı məktəbdəki müəllimlər ona təmənnasız dərs keçərək, hazırlaya bilərlər.
Valideyn sevincək tədris mərkəzinə gedir və övladının orada hazırlıq keçməsini istəmədiyini bildirir. Tədris mərkəzindən valideynə ödənişin geri qaytarılmayacağı bildirilir. Bu yanaşma doğrudurmu?
Hansı hüquqi əsasla valideynə ödənişin geri qaytarılmaması barədə söz deyilir? Belə bir qayda varmı ki, xidmət göstərilmədən, imtina olunan halda, ödəniş heç geri qaytarılmasın?
"Facebook" dostluğumda olan kurs rəhbərləri, zəhmət olmasa, bu vəziyyətdən çıxmaq üçün bir yol göstərərdiniz.
Şamil Sadiq, Samin Həsənov , Elçin Əfəndi, Günay Həsənli və Kamran Əsədov...
Paralel.az