Bir-birimizə güvənməyi öyrənməliyik!
Ped.ü.f.d. Vüsal Kərimli
28 İyul 2022-ci ildə Prezident İlham Əliyevinn Fərmanı ilə Elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzalanan Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı.
Hesab edirəm Ali Attestasiya Komissiyası da həmçinin ləğv edilməli və Elm və Təhsil Nazirliyi tərkibində "Ali Attestasiya Komissiyası Agentliyi" yaradılmalı idi.
Səbəb isə çox sadə idi. ATM və elmi təşkilatlarda müdafiə şuralarını təsdiq edən, özü professorluq elmi adı verən, bütün prosesi izləyən qurum yenidən insanları ekspert şurasının iştrakı ilə müdafiə etməyə məcbur edən və bununla da, elm adamlarını get-gələ salan qurum ləğv edilməli və ya statusu dəyişdirilməlidir. Onsuz da Dokturanturaya qəbul DİM vasitəsi ilə aparılır və şəffaflıq qorunur.
Təklif edirəm:
1. Elm və Təhsil Nazirliyi tərkibində Ali Attestasiya Komissiyası Agentliyi yaradılsın;
2. Ekspert şurası ləğv edilsin;
3. Şuranın tərkibi ATM-lərindən ibarət müddətli seçkili olsun;
4. 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamədə düzəlişlər etməklə Elmlər Doktorluğu elmi dərəcəsi ləğv edilsin;
5. Elmi adların verilməsi qaydasına yenidən baxılsın;
6. Türkiyənin Universitetlərarası Komissiya Modeli tətbiq edilsin.
Paralel.az