Eşşəkdən düşündürücü cavab

Eşşəkdən düşündürücü cavab
 

 

 

Eşşək meşənin şahı olur. Bir neçə gündən sonra qanun verir; hamı axşam saat 6-da yatıb, sübh saat 6-da oyanmalıdır. 12 saat ərzində meşədə sakitçilik hökm sürməlidir, qanunu pozan isə cəzalandırılacaq.

Bu minvalla bir müddət meşədə sakitlik davam edir. Bir gün xoruz sübh tezdən 5-də oyanaraq banlamağa başlayır. Meşədə aləm dəyir bir-birinə. Məhkəmə qurulur və eşşəyin hökmü ilə xoruz edam edilir. Xoruzun edamından sonra hamı şahın qorxusundan bir daha bu qanunu pozmur.

İllər ötür və eşşək qocalıb taqətdən düşür. Meşədə bir küncə çəkilərək ölümünü gözləyir. Şir ona yaxınlaşır hal-əhval turur və deyir:

- İndi sən axır günlərini yaşayırsan. Biz meşə əhlinə maraqlıdır ki, sənin axşam saat 6-da bizi yatmağa və səhər saat 6-da oyanmağa əmr edən qanunun hikməti nədir belə? Biz vəhşi heyvanlar bir neçə dəfə istədik qiyam edib bu qanunu dəyişək.

Amma meşədə asayiş pozulacaq deyə bunu etmədik. Özümüzə dedik ki, yəqin bizim bilmədiyimiz nəsə bir hikmət var bu qanunda.

Eşşək isə cavabında deyir:  
Açığı elə mənə də indiyə kimi maraqlı idi ki, görəsən eşşəkliyim səbəbindən çıxartdığım bu qanuna meşənin vəhşi heyvanları niyə qoyun kimi itaət edirlər?  

Paralel.az

0.02400803565979