Səbr etməyi qardaşımdan öyrəndim

Səbr etməyi qardaşımdan öyrəndim
 

 

 

Mənə həyatımın dərsini verən mənim balaca qardaşım olub. O, 11-ci sinifdə oxuyarkən bir xəstəliyə tutulmuşdu. Uzun müddət nə qədər həkim yanına aparsaq da xəstəliyinə heç bir diaqnoz qoya bilmirdilər. Qardaşım günü gündən arıqlayırdı,sözün əsl mənasında gözümüzün qarşısında əriyirdi. Mən o vaxt Bakıda idim, ailəm isə Gəncədə. İşləyirdim və qardaşımın belə ağır xəstə olduğunu mənə deməmişdilər. Bir gün anam mənə zəng elədi və ağlamağa başladı,mənə dedi ki, qardaşına zəng elə, bəlkə son bir arzusu var...

Tamam ümidimizi itirmişdik və həyatda ən sevdiyim ikinci insan qardaşım idi. Zəng elədim qardaşıma, necəsən dedim. Siz təsəvvür edin həyatda hər şeyini itirmiş bir insan,hətta nişanlısının ailəsi xəstə olduğu üçün nişanı da qaytarmışdılar.

Əlində qalan bir canı idi. O, da tükənmək üzrə idi.

Amma mən necəsən dediyimdə ilk sözü “Bu halıma şükür” oldu. Heç bir söz demədən telefonu söndürüb ağlamağa başladım. Daha sonra şükürlər olsun ki qardaşımın xəstəliyinə çarə tapıldı və nişanlısı ilə barışdılar,hal hazırda da evlidirlər. Mən bütün bu olanlardan sonra, Allaha olan səbri öz kiçik qardaşımdan öyrəndim və həyatımın hər anında bu səbr mənim köməyimə çatdı.

 Elməddin Cəfərov

Paralel.az

0.023973941802979