İlham Əliyev: “Azərbaycan və qazax xalqını ortaq tarix bağlayır”

İlham Əliyev: “Azərbaycan və qazax xalqını ortaq tarix bağlayır”
 

Xəbər verdimiz kimi, avqustun 24-də Bakı şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Altın Kıran” ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib. İlham Əliyev çıxış edərək əməyinə yüksək qiymət verildiyinə görə Tokayevə təşəkkürünü bildirib.

"Paralel.az" xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Azərbaycan lideri bundan sonra da dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək üçün əlindən gələni edəcəyini deyib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan və qazax xalqını ortaq tarix, ortaq köklər bağlayır:

“Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, Sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur.

Artıq qazanılmış uğurlar Sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, Siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız”.

0.027395963668823