Emin Əmrullayev: "865 məktəb direktoru və 2343 direktor müavininin vəzifə maaşına əlavə veriləcək"
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Qərarına əsasən 865 nəfər məktəb direktorunun, 2343 nəfər direktor müavininin vəzifə maaşına əlavələr veriləcək.
"Paralel.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün təşkil olunan brifinqdə deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 18-də “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb.
Avqustun 22-də isə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.