Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasını kimlərlə icra edəcəyik? III Yazı

Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasını kimlərlə icra edəcəyik? III Yazı
 

Elmin yükü

Ped.ü.f.d. Vüsal Kərimli

Clarivate (Web of Science) elmi bazasına əsasən Azərbaycan 224 ölkə içərisində 119-cu yerdə qərarlaşıb. Coğrafi cəhətdən yaxın ökələr arasında qardaş ölkə Türkiyə-16, Rusiya-34, Ukrayna-56, Qazaxıstan-81, Belarus-97, Gürcüstan-99, Türkmənistan isə bizdən cəmi 21 yer geridədir. Siyahıda ən pis nəticəni 204-cü yerdə Qırğızıstan göstərir.

Qeyd etmək yerinə düşərdi ki, Papua-Yeni Qvineya, Zimbabve, Yamayka və s. bizdən daha yaxşı yerləri tutub.

Clarivate (Web of Science) elmi bazasının statistikasına əsasən Braziliyanın Sao Paulo Universiteti 14201 tədqiqatçının 225679 məqaləsi ilə siyahıya başçılıq edir. Azərbaycan Universitet/İnstitutları isə 2306-51964 yerləri paylaşır. Bu siyahını genişlədirmək də olar.  

Sao Paulo Universiteti dünyanın müxtəlif reytinqlərində 2022-ci ilin nəticələrinə əsasən 121-250-ci yerləri paylaşır. Bunun əsas səbəbi isə dünyanın tanınmış QS, THE kimi reytinqləri qiymətləndirmədə istinadları Scopus jurnallar bazasından almasıdır.

Qeyd: Qiymətləndirmə çap olunmuş elmi məqalələrin sayına görə aparılır.

Azərbaycanda 51 Ali Təhsil Müəssisəsi (ATM) var və onlardan yalnız 26 ATM-nin Clarivate (Web of Science) elmi bazasında hesabı var. Ümumi olaraq 10215 məqalə nəşr olunub ki, bu siyahıya tədqiqatçıların sayına və çap olunmuş məqalə sayına görə Bakı Dövlət Universiteti 135 tədqiqatçısının 2459 məqaləsi ilə başçılıq edir. Məqalələrin digərləri isə AMEA-nın İnstitutları və ATM-nin payına düşür.

Qeyd: Elmin İnkişafı Fondunun 2010-2015-ci illərdə keçirilmiş qrant müsabiqəsində qalib olmuş layihələrdə AMEA-nın təşkilatları üzrə ümumi statistikaya baxdıqda görmək olur ki, 272 layihəyə  26 620 821,74 AZN dəyərində vəsait ayrılıb. Bu məbləğin 8 798 100 AZN-i və ya 32%-i AMEA-nın Fizika İnstitutunun payına düşüb. Yuxarıda qeyd edilən elmi bazalarda adı gedən institutun bu illər ərzində çap olunmuş məqalə sayı 1347 olmuşdur. Bəs digərləri?...

Eyni dövrlər ərzində ATM-lərinin, keçirilmiş qrant müsabiqəsində qalib olmuş layihələrinin sayı 129 olmuşdur və ayrılan vəsait isə 6 706 415,26 AZN olmuşdur. Nəticəsi isə göz qabağındadır.

2020-ci il statistikasına əsasən Azərbaycan üzrə Tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayı 127 olmuşdur və onlardan 86-sı elmi-tədqiqat təşkilatları, yerdə qalan 41-i isə ATM və digər təşkilatların payına düşür. Onu da qeyd etmək lazımdır ki, tədqiqat təşkilatlarında ümumilikdə 20522 tədqiqatçıdan 12289 və ya 55%-i AMEA-nın payına düşür.

Yuxarıda adları qeyd edilməyən digər universitetlərin və AMEA-nın tədqiqat İnstitutlarının və ya tədqiqatçı professorların adlarını bilərəkdən qeyd etməyəcəm! 

Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və onun mövcud və yeni yaradılacaq qurumları 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının icrası ilə bağlı bizim hansı elmi bazalardan geniş istifadə edəcəyimizə, meyarlar və hədəfləri dəqiq müəyyən etməlidir. Qeyd edilənlərin, fəaliyyət planında göstərilməsini tövsiyyə edərdim.

Paralel.az

0.016098976135254