Doqquz arvadı ilə bir evdə yaşayan kişi: “Cinsi əlaqə cədvəli hazırlamışıq. Ən çətin məsələ budur…” -FOTO
Braziliyada 9 qadınla evlənərək dünya mətbuatının gündəminə düşən Artur O Ursodan yeni açıqlamalar gəlib. O, mətbuata açıqlamasında bildirib ki, 9 arvadla cinsi əlaqəyə girmək üçün cədvəl tərtib ediblər.
"Paralel.az" xarici mətbuata istinadən xəbər verir ki, Artur ən çətin məsələnin böyük həcmli kamunal ödəmələr olduğunu bildirib.
Bütün partnyorlarının bir yerdə olması üçün ədalətli bir cədvəl hazırlamalı olduğunu dilə gətirən Artur bunun çox stresli olduğunu və artıq cinsi əlaqəni zövq üçün deyil, məcburiyyət üçün etdiyini bildirib.
Həyat yoldaşlarının cinsi baxımdan xoşbəxt etmək üçün əlindən gələni etdiyini deyən Artur, yaşadığı stressin bəzən onu bədbəxt etdiyini ifadə edib.
Artur 9 arvadla yaşamağın onun üçün çox əzabverici olduğunu bildirib.