Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Paralel.az" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Əlavə məlumat veriləcək
17:34
Cəlilabad rayonu Göytəpə şəhər bazarındakı yanğın məhdudlaşdırılıb.
Paralel.az xəbər verir ki, hazırda ərazidə yanğını soyutma işləri aparılır.
İlkin verilən məlumata görə, hadisə nəticəsində 20-yə yaxın mağaza zərər görüb.
Faktla bağlı araşdırma aparılır.
16:47
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.
Paralel.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.