Azərbaycan Respublikasının 2022‒26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasını kimlərlə icra edəcəyik?

Azərbaycan Respublikasının 2022‒26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasını kimlərlə icra edəcəyik?
 

Ped. üzrə fəlsəfə dok. Vüsal Kərimli:

Dünya elmində gedən proseslər bizim də qarşımızda yeni çağırışları hədəf kimi qoyur. Belə ki, hazırda 51 universitet var. Onlar dövlət, publik, özəl və xüsusi təyinatlı universitetlərə ayrılır. SCImago Ölkə Rank-na görə 242 ölkə arasında 1996-2021-ci illərin H indeksinin statistikası əsasında ABŞ -2711 xalla 1-ci, Çin -1112 xalla 2-ci, Böyük Britaniya- 1707 xalla 3-cü və Azərbaycan -138 xalla- 94-cü yerdə qərarlaşıb.

İqtisadi inkişafı və neftdən gələn maliyyə vəsaitlərini nəzərə alanda bu çox aşağı nətiçə kimi görünür. Daha dərindən araşdırsaq Dünya Alimləri və Universitetlərin Reytinqi 2022-ci ilin nəticələrinə əsasən deyə bilərik ki, 15.939 Universitetdən 1.037.825 alim arasında H (hirş) indeksinə görə dünyanın ən yaxşı tədqiqatçı alimi (sitatlara görə) Cənubi Koreyalı HJ Kim-dir. Azərbaycan 315 alimlə 32243-1036896 yerləri paylaşır. Azərbaycanın ən yaxşı tədqiqatçı alimi kimdir?

O, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Əhməd Niyazovdur. Onun, dünya alimləri arasında yeri 32243-cüdür.

2-ci yerdə Azərbaycan Dövlət İqtisad Universitetinin ““Riyaziyyat və statistika” kafedrasının dosenti Sevda Bəkir qızı Əkbərovadır. Onun, dünya alimləri arasında yeri 64355-cidir.

Yuxarıda adı göstərilən təşkilatın, 2022-ci ilin hesabatına görə ölkəmizdən 25 universitet bu siyahıda təmsil olunmuşdur.15939 Universitet arasında bizim universitetlər 4426-15840 yerləri paylaşır.

4426-cı yerdə Azərbaycan Dövlət İqtisad Universiteti, 15840-cı yerdə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası qərarlaşıb.
Alınan nəticələri beynəlxalq platformalarda uğurlu təmsil olunmamaqla izah etmək olar. Bunlara Google Scholar, ResearchGate, Web of Science (Publon) və Scopus bazalarını nümunə göstərmək olar.

Məsələn; ATM-lərin rəhbərlərinin yalnız Google Scholar hesablarını təhlil etdikdə siyahıya BDU-nin rektoru Elçin Babayev H (hirş index)- 13, ADU rektoru Kamal Abdulla H (hirş index)-7, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektoru Ədalət Muradov H (hirş index)- 7, ADNSU rektoru Mustafa Babanlı H (hirş index)-5, AzTU rektoruVilayət Vəliyev H (hirş index)-3, ADAU rektoru İbrahim Cəfərov H (hirş index)-3, NDU-Elburus İsayev H (hirş index)-1 ilə sıralanır.

Digər rektorların isə ümumiyyətlə Google Scholar profilləri yoxdur. Bunlara AMİU rektoru Gülçöhrə Məmmədova, ATU rektoru Gəraybəyli Gəray, BMU rektoru Havar Məmmədov, BSU rektoru Anar Nağıyev, ADPU rektoru Cəfər Cəfərov, SDU rektoru Elxan Hüseynov, LDU rektoru Natiq Ibrahimov, GDU rektoru Yusif Yusibov və MDU rektoru Şahin Bayramovu göstərmək olar.

Bundan başqa bəzi universitetlərin elmi işlər üzrə prorektorlarının göstəriciləri də ürək açan deyil. Nəzərə alsaq ki, əksəriyyəti prorektorlar professor olub, fəlsəfə doktorluğu olan prorektorlar onlardan daha yaxşı nəticə göstərirlər. Misal üçün Bakı Mühəndislik Universitetinin elmi ilşər üzrə prorektoru iqtisad üzrə fələsfə doktoru Dos. Elçin Süleymanov Google Scholar: H (hirş) index 15, ResearchGate -271 məqalə (546 sitat) Scopus: 10 məqalə H (hirş) index 5, Clarivate: 120 məqalə H (hirş) index 5-dir. Elçin müəllimin H (hirş) indeksi nəyinki rektoru prof. Havar Məmmədovun H (hirş) indeksindən, digər professor elmi adı olan rektorlardan və elmi işlər üzrə professor prorektorlardan da yüksəkdir.

Bura Azərbaycan Dövlət Neft və Sənaye Universiteti elmi işlər üzrə prorektoru T.e.n., prof. Lətafət Qardaşovanı qeyd edə bilərik. Onun Google Scholar: H (hirş) index 7, ResearchGate hesabı: 48 məqalə, Scopus: hesabı: 23 məqalə H (hirş) index 4,Clarivate: 16 məqalə H (hirş) -2 və Lənkaran Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru dos. Elvin Ərkan oğlu Əliyevi qeyd edə bilərik. Onun Google Scholar: H index 6, ResearchGate hesabı: 10 məqalə, 106 sitat, Scopus: hesabı: 4 məqalə, H (hirş) index 4,Clarivate: 6 məqalə, H (hirş) index 4-dür. Digərləri isə belədir. BDU elmi işlər üzrə prorektoru Məmmədov Hüseyn Mikayıl oğlu - fizika üzrə elmlər doktoru/Professorun Google Scholar hesabı: yoxdur, ResearchGate hesabı: yoxdur, Scopus: 2 məqalə 2020 və 2021-ci illərdə, Clarivate: 32 məqalə- H (hirş) index 5 (son məqalə 2019-cu il), ADİU elmi işlər üzrə Prof. Sakit Məmədi oğlu Yaqubovdur. Onun, Google Scholar: H (hirş) index 2, ResearchGate hesabı: yoxdur, Scopus: Məqaləsi yoxdur, Clarivate: 2 məqələ (2019), AzTU-nun elmi işlər üzrə prorektoru Prof. Sübhan Nadir oğlu Namazovdur, Google Scholar: H (hirş) index 1,ResearchGate hesabı: yoxdur, Scopus: 7 Məqalə, H (hirş) index 1 (Son məqalə 2019 çap edilib), Clarivate: Yoxdur.

Bunların arasında yuxarıda göstərilən beynəlxalq bazalarda hesabı olmayanlar da var. Onlar ADU elmi işlər üzrə prorektoru Prof. Novruz İsmayıl oğlu Məmmədov, GDU elmi işlər üzrə prorektoru dos. Pərvin Kərimzadə, ADAU-nin elmi işlər üzrə prorektoru Dos. Azad Qənbər oğlu İbrahimov və BSU elmi işlər üzrə prorektoru prof. Rafiq Novruzovdur.

Paralel.az

0.014256954193115