Dəyərlərdən sui-istifadə edənlər

Dəyərlərdən sui-istifadə edənlər
 

Professor İdris Abbasov:

15 il Təhsil naziri olub təhsilimizi buxarlandıran, digər həmkarları kimi kor qalmış övladlarımızın faciəsi hesabına özünə gün-güzəran quran Misir Mərdanov görüb ki, bu dəqiqə Ana dilindən danışmaq xod gedir, yəni bu yolla özünü milli təəssübkeş kimi avam xalqa bir daha sırımaq olar, dərhal hərəkətə keçib. "Müdrik naseh" deyib ki, uşaq gərək ana dilində təhsil alsın, hərçənd ki, bu fikri sovetin qızğın dövründə Mirzə İbrahimovdan üzü bəri deməyən adam qalmayıb.
Ey anadangəlmə (innative) müdriklər! Unutmayın ki, dil və millət təəssübkeşi olan kəs öz lüksünü xalqın faciəsi üzərində qurmaz. Təəssüf ki, təhsillə bərabər vicdan da buxarlananda məhz belə olur.
Vicdanın və ədalətin olmadığı yerdə özlərini pulqazanan çoxbilmişlər hesab edən bu zatlar istədiklərinə nail olublar. Bəs indi nə etməlidirlər? Darlxırlar axı qoca yaşlarında. Adrenalini qaldırmaq üçün yoxsul xalqla, onun olub-qalan dəyərləri ilə məzələnməlidirlər. Xalqın çörəyə möhtac olduğu bir vaxtda bu yaşlarında itətök pulları var, vəzifələri var, bizim kimilərin haqqının mənimsınilməsi hesabına əhli-əyallarının, nəvələrinin, nəticələrinin lüks həyatı var, indi nə etməlidirlər, əlbəttə, filosofluq, nasehlik, məsləhətbazlıq.
Mən hələ 3-4 vəzifəni qamarlayaraq başımıza min bir oyun açıb varlanmış və harlnlamış digər yeyimcil və vecsiz akademikləri demirəm.
Milləti xar edən rüşvətdən, saxta tələbə köçürmələrindən, tayfabazlıq, dostbazlıq, yerlibazlıqdan da danışın, ay Misir müəllim! Danışın, pisləyin ki, islah olaq. Sərf eləmir, hə?
Yazıq Ana dilim! Səndən qalxan kimi hələ çox istifadə edib milləti talayacaqlar. 

Paralel.az

0.020434856414795