Etibar Əliyev: "Həyatı alçaltmaqla şüuru təhrif edirik..."
Millət vəkili Etibar Əliyev: "Heç bir din, insanlara nə vəd etməsindən asılı olmayaraq, heç vaxt bəşəriyyətin birləşməsi naminə istifadə olunmayıb və bütün müharibələrin ən ağlasığmazı elə din naminə müharibədir, çünki ən azı bir şeyi nəzərə almaq lazımdır ki, tanrı – əgər istəsə belə – özü özünə müharibə elan edə bilməz...
... Həyatı alçaltmaqla biz şüuru təhrif edirik, insan ləyaqəti hər gün dünyanın güclüləri tərəfindən əzilir, həqiqətlər çoxluğu bir universal yalanla əvəz edilib və insan digər bəşər övladlarına layiq olduqları sayğını itirən kimi, özünə hörmət etməyə də son qoyub. Bu zaman, sanki şüurun korluğundan doğan əcinnələri qovmaq üçün, o, öz əhvalatlarının ən sadəsini yazmağa başladı: bir adam başqa birisini axtarır, çünki anlayır – həyat onun qarşısında daha bundan mühüm vəzifə qoya bilməz." Joze Saramaqonun Nobel nitqindən
Böyük yazıçı müsahibələrinin birində isə bunları demişdi: «Mənə belə gəlir ki, müasirlərimizin qəlbinə yol tapmaq Mars planetini fəth etməkdən çətindir».
Paralel.az