Həftədə 3 kiloqram arıqlamaq istəyirsinizsə, oxuyun
Çəki gündəlik həyatla yanaşı sağlamlığı da ciddi təhlükə altına salan səbəblərdən biridir. Artıq çəki hərəkəti məhdudlaşdıraraq bədəni passivləşdiri və orqanizmlərin fəaliyyətində problem yaradır.
"Paralel.az" 6 gün ərzində 3 kiloqram çəki atmağınıza yardımçı olacaq detoks reseptini təqdim edir.
Tərkibi:
1 dəstə cəfəri
1 limon
1 alma
1 xiyar
Hazırlanması:
Bütün inqrediyentləri doğrayıb bir qaba əlavə edin. Qarışımın üzərinə 1 litr su əlavə edib bir gecə boyunca gözləyin. Növbəti gün səhər - axşam acqarına gündə 2 stəkan bu detoksdan için. Bu qarışım maddələr mübadiləsinin işini serətləndirərək artıq çəkilərin aradan qalxmasına imkan verəcəkdir.
Onu da qeyd edək ki, bu qarışım 2 gündən bir yenilənməlidir. Detoksu uzun müddət saxlayıb istifadə etmək effektli deyil. (Axşam.az)