Lélia Wanick və Sebastião Salqado xaruqələr yaradıb

Lélia Wanick və Sebastião Salqado xaruqələr yaradıb
 

Braziliyada bir cütlük 18 il ərzində 2 milyon ağac əkərək, 172 növ quş, 33 məməli, 15 suda-quruda yaşayan, 15 sürünən və 293 bitki növünü geri qaytarıb.

Paralel.az xəbər verir ki, bu xaruqələri yaradanlar Lélia Wanick və Sebastião Salqadodur.

"Karbon qazını oksigenə çevirə bilən bircə şey var, o da ağacdır. Meşələri yenidən yaratmalıyıq".

Yalnız yerli bitkilərdən istifadə edərək, bütün ekosistemi sıfırdan quran cütlük ərazidə faunanın geri qayıtmasına şərait yaradıb. Bu fəaliyyət sayəsində Lélia və Sebastiano nəsli kəsilməkdə olan onlarla növü xilas ediblər.

“Bu torpaq mənim kimi kədərli idi, hər şey məhv edilmişdi. Sonra arvadım bu meşəni yenidən salmaqla bağlı fantastik ideya ilə gəldi. Nəticədə bütün həşəratlar, balıqlar və quşlar geri qayıtdı və ağacların yenidən böyüməsi sayəsində mən də yenidən doğuldum”.

0.029016017913818