Bakı ilə imzalanan bu sənəd əməkdaşlığı gücləndirəcək
Azərbaycanla Aİ arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirəcək.
Gundem.az xəbər verir ki, bunu Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Ali nümayəndə məlumat verib ki, anlaşma memorandumu ilə 2027-ci ilə qədər Azərbaycanın Avropaya təbii qaz tədarükü iki dəfə artırılacaq.
O qeyd edib ki, görüşdə Azərbaycanla Aİ arasında gələcək dialoqun əsasını qoyacaq yeni sazişin imzalanması məsələsi də müzakirə olunub.
J.Borrell Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərini də dəstəklədiyini bildirib.