“Azəriqaz" İB-də əməkdaşlıq görüşü keçirilib

“Azəriqaz
 

Bu gün “Azəriqaz” İstehsalat Birliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşma İnstitutunun rəhbərliyi ilə Birlik rəhbərliyi arasında əməkdaşlıq görüşü keçirilib.

Paralel.az xəbər verir ki, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev qonaqlara Birliyin fəaliyyəti haqqında qısa məlumat verib. Müştəri məmnunluğunun hər zaman rəhbərlik etdiyi qurumun prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Ruslan Əliyev adı çəkilən institutla əməkdaşlığında bu sahəyə töhfə verəcəyinə ümid etdiyini bildirib. İnstitutun baş direktorunun birinci müavini, baş direktorun vəzifəsini müvvəqəti icra edən İlham Bayramov da öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb. O qeyd edib ki, istehlakçılar tərəfindən istifadə olunan qaz cihazları və avadanlıqlarının müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etməklə müştəri məmnunluğunun artırılmasına nail olunacaq. Sonda hər iki qurumun rəhbəri əməkdaşlığın genişləndirilməsi üçün çərçivə müqaviləsinin hazırlanması və imzalanması barədə razılığa gəliblər.

0.023468017578125