Bakıda iki bacı dənizdə batdı
Bakıda iki yeniyetmə qız dənizdə boğulub.
"Paralel.az"-ın məlumatına görə, hadisə günorta saatlarında paytaxt ərazisindəki çimərliklərdən birində qeydə alınıb.
15 yaşlı Aysun və 17 yaşlı Aysel adlı iki bacı dənizdə çimərkən qəflətən boğulublar.
Bacılardan birinin meyiti aşkar edilsə də, digərinin meyitinin tapılması üçün axtarış işləri aparılır.
Faktla bağlı araşdırma aparılır.