Azərbaycanda yeni platforma yaradılır

Azərbaycanda yeni platforma yaradılır
 

Azərbaycanda araşdırmalar, analiz və təhlillərin bir yerə toplanması üçün "27sentyabr.az" adlı yeni platforma yaradılır.

Paralel.az xəbər verir ki, bu barədə siyasi şərhçi Əziz Əlibəyli məlumat verib.

"Bir qrup sosial media fəalı, siyasi şərhçi və ictimai elmlər sahəsində aid şəxslərlər, tədqiqatçılarla yeni bir layihəyə imza atmağı düşünürük. Platforma "27sentyabr.az" adı ilə fəaliyyət göstərəcək. Sayt yaxın gələcəkdə ictimaiətə təqdim olunacaq",- Əziz Əlibəyli söyləyib.

Yeni yaradılan platformanın təsisçisi Əziz Əlibəylidir.

Saytda həmçinin dünyanın 60-a qədər beyin mərkəzinin anketləri, hesabatları da yayımlanacaq.

0.01568603515625