Kür çayında bir nəfər batıb, axtarışlar aparılır

Kür çayında bir nəfər batıb, axtarışlar aparılır
 

Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin 112 - qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

"Paralel.az"

0.021186113357544