Kilsədağ məbəd kompleksində ictimai bina qalıqları aşkar edilib
Kilsədağ məbəd kompleksi ətrafında aparılan axeoloji tədqiqat işləri yekunlaşıb.
"Paralel.az" xəbər verir ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan APA-ya verilən xəbərə görə, son iki ildə kompleks ərazisində aparılan yerüstü arxeoloji müşahidələr nəticəsində qeyd olunan səhədə darəvi məbəd kompleksi ilə birbaşa bağlılığı olan tikili qalıqlarının olması qeydə alınıb. Tikili qalıqlarının Kilsədağ məbəd kompleksi ilə bağlılığı nəzərə alınaraq memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində arxeoloji tədqiqatlar aparılıb.
Kilsədağ məbəd kompleksi ərazisində şimaldan-cənuba 26 metr uzunluğunda, şərqdən-qərbə 12,50 m enində, aparılan arxeoloji tədqiqat işləri zamanı maraqlı memarlıq elementləri üzə çıxarılıb.
Şimal və cənub hissədən oval formalı ictimai bina qalığının uzunluğu 21 metr, eni 12 metr olmaqla, divarının qalınlığı 1,40 m-dir. Ərazidən tədqiqatlar zamanı çoxlu sayda son antik-ilk orta və orta əsrlərə aid saxsı qab, şüşə və kirəmit qalıqları aşkar edilib.
Qazıntı sahəsinin nivelirləmə üsulu ilə topoqrafik planlanması həyata keçirilib, gələcək tədqiqatların daha operativliyinin təmin edilməsi məqsədi ilə ərazinin dron vasitəsi ilə foto və video görüntüləri qeydə alınıb.
Qurumdan verilən məlumata görə, Kilsədağ məbəd kompleksində arxeoloji qazıntı və tədqiqat işlərinin növbəti tədqiqat ilində davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Kilsədağ məbədi 1971-ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilib. Bəzi tədqiqatçıların fikrincə, kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa olunub