“Polad Həşimovun qisası hələ tam alınmayıb!” «Tər-Tər cinayətləri» açılanda bu olacaq!“ - VİDEO
“Polad Həşimovun qisası hələ tam alınmayıb!” «Tər-Tər cinayətləri» açılanda bu olacaq!“
Abid Qafarov: “Səmayə Ana, necə düşünürsünüz Polad Həşimovun qisası alınıb?”
Səmayə Ana: “Mən düşünürəm ki, xeyir. Oğlum Polad Həşimovun və Şəhidlərimizin qisası tam alınmayıb”.
Abid Qafarov: “Sirr deyilsə, hansı halda Polad Həşimovun qisasını alınmış hesab edərsiniz?”
Səmayə Ana: “Hansı halda hesab edəcəm? Nə zaman ki, Azərbaycan xalqının içindəki düşmənlər təmizlənərsə, o zaman oğlum Polad Həşimovun qisası alınmış olacaq!”
“Mən bunu bir neçə yerdə demişəm”. “Həmin günü çıxıb elan edəcəm”.
Abid Qafarov: “Bildiyiniz kimi, 1 il 2 aydır ki, ictimai şəkildə «Tər-Tər işinin»araşdırılması gedir və 2021 ci il dekabr ayının 17 dən istintaq başlanıb”.
Səmayə Ana: “Bəli, bilirəm”.
Abid Qafarov: “Həmin istintaq zamanı zərərçəkmişlərin bəziləri öz ifadələrində deyiblər ki, Polkovnik leytenant Pərviz Pirməmmədova işgəncə veriblər ki, həmin dövrdə Polkovnik olan Polad Həşimovun üzünə dursun”.
Səmayə Ana: “ Bəli, bilirəm. Baş tutmadı.
Abid Qafarov: Yeni istintaq getdikcə genişlənir və hamı artıq bu məsələni bilir.”
“Yeni istintaq başlamasına baxmayaraq, «Tər-Tər işini» araşdıran insanların həbsləri də reallaşır.” “İlham Aslanoğlu oğlunun toyundan bir gün əvvəl Şəhid ailəsi, onun üzünə qoyaraq həbs etdilər”.“İndi isə məni həbs etmək istəyirlər, üzümə Qazi qoymaqla və 2 gün sonra ayın 13-də mənim məhkəmən olacaq. Çox güman ki, 1 illik həbs edəcəklər”.
Abid Qafarov: “Necə düşünürsünüz, «Tər-Tər işində» istintaq başladığı halda, bu işi araşdıranları həbs etmək, nə deməkdir?”
Səmayə Ana: “Birinci növbədə onu demək istəyirəm ki, Allah sizin yolunuzu açıq etsin! Allah tərəfinizdə və üstünüzdə olsun, Allah sizi qorusun!”
“Əlbəttə çalışırlar ki, Azərbaycan xalqının içində olan ürəkli, təmiz oğullarımızı təmizləsinlər”.
“Biz istəyirik ki, daxildə olan düşmənləri təmizləsinlər, amma onlar əksinə- təmiz oğullarımızı məhv etməyə çalışırlar”
“İlham Aslanoğlunu həbs etdirən Şəhid ailəsinə deyirəm ki, Sən necə Anasan? Necə Şəhid ailəsisən ki, o insanı həbs etdirirsən? Haradadır sənin Ana vicdanın? Bəlkə sənin Şəhidin sağ olsa idi “Ayıb olsun sənə!” deyərdi. Bunu bilib eşidərkən, mənə çox pis təsir etdi, çox pis…
O, şəhidin ruhunu narahat edir , ayıb olsun deyirəm. Bu gün Qazilərimiz Abid oğlumuzun üzünə dayanırsa, o zaman mən Qazilərimizin arxasında niyə dayanmışam? Qazi adlarından istifadə edirlər və işgəncə ilə , zülmlə, faicəvi şəkildə öldürülən, Şəhid və Qazilərimizin haqlarını araşdırıb və üzə çıxaran Abid oğlumuzu məhv etmək istəyirsiniz?
Ayıb olsun! Qazi adından bu işdə sui-istifadə etdiyiniz üçün. Mən eşitdim ki, o Qazilər nömrəsiz avtomobillərinin arxa şüşəsinə Polad Həşimovun şəklini vurublar, mənim oğlum nömrəsiz avtomobillərdə gəzməyib! Buna etiraz edirəm! Haqq-ədalət yolunda gedən oğullara qarşı çıxanlar, Polad Həşimovun adından istifadə etməsinlər!”
“Allahın izni var və o ürəyi Allah verib Abid balamıza ki, «Tər-Tər işi» açılsın, o zaman Şəhid olan11, işqəncə ilə öldürülən Şəhidlərimizin ruhları rahatlıq tapacaq. Qazi və Şəhid ailələrinə demək istəyirəm ki, ağıllı olsunlar və bu işlərə getməsinlər, haqq yolunda olan oğullarımızı məhv etməsinlər!
«Tər-Tər işinin» açılması haqq-ədalət yolu ilə, Allahın izni ilə olmalıdır. Mən o zaman bilərəm ki, Polad Həşimovun qisası alındı!”
"Bu haqq işində Allah yolunuzu açıq etsin,düyünləri çözsün. Azərbaycan xalqına qarşı çıxanlara, mən Qazi demərəm!"