“Azercell”in maliyyə vəziyyəti AÇIQLANDI
“Azercell Telekom” MMC 2021-ci ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.
“Paralel.az ”ın məlumatına görə, sözügedən dövrə şirkətin cəmi aktivləri 910,061 mln manat olub. Bu isə 2020-ci ilin yekunu ilə müqayisədə 16,2% çoxdur.
Şirkətin cəmi öhdəlikləri isə illik müqayisədə 2,9% artaraq ötən ilin sonunda 193,748 mln manat təşkil edib.
“Azercell Telekom” MMC-nin cəmi kapitalı da artım nümayiş etdirib. Səhmdar kapitalı 42,080 mln manat olan şirkətin cəmi kapitalı 20,4% artıb və 716,313 mln manata çatıb.
Gəlirləri illik müqayisədə 8,1% artaraq 492,091 mln manat olan “Azercell Telekom”un xərcləri 11,7% yüksələrək 343,736 mln manat təşkil edib və əməliyyatlar üzrə mənfəəti 148,355 mln manata bərabər olub.
Ötən il şirkətin digər gəlirləri 174 min manat, maliyyə gəliri 606 min manat, maliyyə xərcləri 832 min manat olub və MMC mənfəətindən 27,128 mln manat vergi ödəyib.
Nəticədə, “Azercell Telekom” MMC 2021-ci ili 121,175 mln manat xalis mənfəətlə başa vurub ki, bu da 2020-ci ilin yekunu ilə müqayisədə 16,3% çoxdur.
"Paralel.az"