Siyəzəndə kütləvi zəhərlənmənin təfərrüatları məlum olub
Siyəzənin Yenikənd kəndində baş vermiş kütləvi zəhərlənmədə zərərçəkən daha 4 nəfər Bakıya aparılıb.
"Report"un Şimal bürosunun xəbərinə görə, rayon sakinləri 2008-ci il təvəllüdlü Quliyeva Nazilə, 2010-cu təvəllüdlü Quliyev Əsəd, 2011-ci il təvəllüdlü Quliyeva Türkanə və 2014-cü il təvəllüdlü Quliyev Fizulinin səhhətləri ağırlaşdığına görə Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.
Siyəzəndə bir ailənin beş üzvü zəhərlənib.
"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, Siyəzən rayon sakinləri 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu və onun 3 övladı 2008-ci il təvəllüdlü Quliyeva Nazilə, 2010-cu təvəllüdlü Quliyev Əsəd, 2011-ci il təvəllüdlü Quliyeva Türkanə, ailənin qohumu 2014-cü il təvəllüdlü Quliyev Fizuli və 1974-cü il təvəllüdlü Abdullayev Cəbrayıl Süleyman oğlu nərə balığından zəhərləniblər.
Zəhərlənən altı nəfərin hamısı Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar.
R.Quliyev və C.Abdullayevin vəziyyətləri ağır olduğundan onlar Respublika Toksikologiya Mərkəzinə göndəriliblər. R.Quliyev Bakıda dünyasını dəyişib.
"Paralel.az"