Aktyor Fərda və aparıcı Azər Zahid TikTok-da canlı yayımda mübahisə ediblər.

Aktyor Fərda və aparıcı Azər Zahid TikTok-da canlı yayımda mübahisə ediblər.
 

Aktyor Fərda Xudaverdiyevlə aparıcı Azər Zahid TikTok-da canlı yayımda mübahisə edib.

"Paralel.az" xəbər verir ki, qalmaqala səbəb Fərdanın Azərə dediyi "Səni TikTok"dan tanıyırlar sözü olub.

Buna əsəbiləşən aparıcıya Fərda "1979 təvəllüdəm, mənim balacam sayılırsan" sözlərini söyləyib.

"Mən neçənci ildənəm? Bilmədiyini danışma" deyə, aparıcı əsəbiləşib.

Fərda isə onu ələ salaraq "Bilmirik... Bizi maarifləndir" sözlərini deyib.

"Söhbət yaşda yox, başdadır. İndi guya, sən bombasan, mən giclik edirəm? Yayım aparıram. Məni gözdən sala bilməzsən. Səhnədə şitlik edirsən, deyib-gülürsən kimsə nəsə deyir? Bu da mənim yayım xarakterimdir. Bu sözüm sənə toxundusa, mənə də sənin "Səni TikTok"dan tanıyırlar sözün toxundu" deyə, Azər əlavə edib.

0.012310981750488