Yaxın Şərqdə gizli görüşlər: İsrail mərkəzli hərbi sistem qurulur

Yaxın Şərqdə gizli görüşlər: İsrail mərkəzli hərbi sistem qurulur
 

İordaniya kralı II Abdullah Yaxın Şərqdə NATO-ya bənzər hərbi ittifaqın qurulacağı təqdirdə onu dəstəkləyəcəyini açıqlayıb. 

“Paralel.az” xəbər verir ki, bu barədə İordaniya kralı II Abdullah ABŞ-ın CNBC telekanalına açıqlamasında deyib: “Mən Yaxın Şərq NATO-sunu dəstəkləyən ilk insanlardan biri olacağam”. 

Türkiyənin “Haber7” media qurumunun yazdığıan görə, ərəb NATO-sunun yaradılması ilə bağlı ifadələr başqa dairələrdən də gəlib. İordaniya kralından əvvəl İsrailin müdafiə naziri Benni Qantz da İsrailin ABŞ-ın rəhbərliyi altında yaradılan “Yaxın Şərq Hava Hücumundan Müdafiə Alyansı” adlı birləşməyə qoşulduğunu açıqlayıb. Qantz burada başqa hansı ölkələrin olduğu barədə məlumat verməyib.

Ötən həftə “Wall Street Journal” (WSJ) qəzetinin yazdığına görə, İsrail, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin rəsmiləri Misirdə gizli görüşlər keçiriblər. Görüşdə birgə hərbi əməkdaşlığı nəzərdə tutan məsələ müzakirə olunub. 

Bəzi ekspertlər hesab edir ki, son dövrlərdə İsraillə ərəb ölkələri arasında diplomatik münasibətlər qurulmaqdadır və bu münasibətlər hərbi əməkdaşlıq səviyyəsinədək qalxması istisna deyil. Ancaq bunun tez bir zamanda baş verəcəyi mürəkkəb məsələdir.

Mürtəza
Paralel.az

0.02225399017334