İyul ayının pensiyaları yardımla birlikdə veriləcək - DSMF
İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumatda bildirilib.
Qeyd edilib ki, 2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq.
Rəsmi xəbərə görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
"Paralel.az"