PSJ-yə yeni baş məşqçi gəldi

PSJ-yə yeni baş məşqçi gəldi
 

PSJ futbol klubu yeni baş məşqçisi Kristof Qaltye ilə müqavilə imzalayıb.

Paralel.az -ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O, 56 yaşlı mütəxəssisin iyulun 5-də ictimaiyyətə təqdim olunacağını bildirib.

İmza mərasimində Paris təmsilçisinin idman direktoru Luis Kampos da iştirak edib.

Qeyd edək ki, Kristof Qaltye bu vəzifədə Maurisio Poçettinonu əvəzləyib.

0.0085999965667725