Təhsil Nazirliyi məktəb direktorunu məhkəməyə verib
"Paralel.az" xəbər verir ki, Qaradağ rayonunda yerləşən 274 saylı orta məktəbin direktoru Xəlilov Səfa Əlsəfa oğlu maaşını ala bilmədiyi üçün Təhsil Nazirliyini rayon məhkəməsinə verib.
Rayon məhkəməsi isə direktorun iddiasını təmin edib və onun tələbinin yerinə yetirilməsi barədə qərar verib.
Lakin Təhsil Nazirliyi Qaradağ rayon məhkəməsinin bu qərarı ilə razılaşmayıb. Nazirlik həmin qərardan apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, S. Xəlilov bundan əvvəl Binəqədi rayonunda 314 saylı məktəbin direktoru olub.