Bakı Mühəndislər Unversitetinin rektoru Havar Məmmədovun nə qədər sərvəti var?..
 

Bakı Mühəndislər Unversitetinin rektoru Havar Məmmədovun nə qədər sərvəti var?.. 
 

Bakı Mühəndislər Universitetinin rektoru Havar Məmmədovun mülklərinin siyahısı açıqlanıb. "Paralel.az" xəbər verir ki, bu barədə gundelik-baku.com saytı məlumat yayıb.

Saytın verdiyi məlumata görə BMU-nun rektoru Havar Məmmədovun marketlər zənciri var. Bundan başqa Xocahəsəndəki dəmir beton zavodu da Havarın müəllimin biznes şəbəkəsinə aiddir.

Novxanıda isə 20 ildən artıqdır ki, rektor vəzifəsini daşıyan Havar müəllimin dəyəri 4 milyon olan villasının olduğu qeyd edilir. Lakin Havar Məmmədovun villası təkcə Novxanıda deyil. Sayt iddia edir ki, Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidə, 6 milyon dəyəri olan 3 mərtəbəli villa da Havar müəllimə məxsusdur.

Qeyd edək ki, Havar Məmmədov 2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik edib. Bu illər ərzində Azərbaycan Texniki Universiteti ölkənin ən korrupsiyalaşmış univeritetləribndən biri kimi tanınb.

Elə Havar Məmmədovun da adı həmin illərdə bir çox qalmaqallarda halalnıb.
2016-cı ildə isə Havar Məmmədov Bakı Mühəndislik Universitetinə (keçmiş Qafqaz Universiteti) rektor təyin olunub. Həmin ilə qədər Qafqaz Universiteti Azərbaycanın ən elit və reytinqli universiteti hesab olunurdu və burda tələbəyə pulla qiymət yazmağı düşünmək belə mümkün deyildi.

Lakin Havar Məmmədov bu universitetə rektor təyin olunduqdan bir il sonra universitetin nə reytinqindən, nə də təhsil səviyyəsindən əsər-əlamət qalmadı.

Zaman-zaman univeristet tələbələri onlardan qiymət müqabilində pul istənilməsi ilə bağlı yerli mediada iddalar səsləndirilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

0.027559995651245