Namiq Zeynalovun “qara kassası” kimdir?
Xəbər verildiyi kimi, Cəlilabadın həbs olunmuş sabiq icra başçısı Namiq Zeynalovun ortağı haqda iddialar yayılıb. Paralel.az reportyor.info-ya istinadla xəbər verir ki, deyilənə görə, həmin şəxs Həsənova Elnarə Ədalət qızıdır. İddialara görə, E.Həsənova keçmiş icra başçısı Namiq Zeynalovun bütün qaranlıq və çirkli işlərinin birbaşa iştirakçısı imiş. Bildirilir ki, o, yenə də korrupsiya ilə məşğul olaraq pul yığmaq missiyasını davam etdirir.
Bundan başqa, E.Həsənova ilə bağlı deyilir ki, o, cəlilabadlılara zülm edərək yığdığı pullar sayəsində yaşadığı Göytəpə şəhərində özünə villa ucaldıb. Həmçinin, həyat yoldaşı Elxan Həsənov üçün Cəlilabadda 10-a qədər aptek şəbəkəsi açıb. O bundan əlavə, Bakıda özünə iki mənzil alıb. Amma bununla belə, icra başçısının cinayət işi üzrə prosesdən yayına bilib.
Eləcə də, Namiq Zeynalovun qara kassası olan Elnarə Həsənovanın məsuliyyətə cəlb olunmamasının səbəbi bilinmir.
Paralel.az