Şahdağa qar yağıb
Soyuq atmosfer cəbhəsi şimal və qərb rayonlarında yağıntılara səbəb olub
Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcəyə qədər enib, nəticədə yağıntı qara keçib.
"Həm iyun ayında baş verən rekord sel-daşqın hadisələri, həm iyulun əvvəlində qeydə alınan proseslər iqlim dəyişmələrinin təzadlarının kəskinləşməsini, anomal atmosfer hadisələrinin artmasını növbəti dəfə göstərir”.
“Belə ki, Böyük Qafqazın bəzi yerlərində güclü leysan olub, cəmi 12 saat ərzində düşən yağıntının miqdarı Balakəndə 83 mm (aylıq normanın 108 faizi), Zaqatalada 80 mm (aylıq normanın 104 faizi) təşkil edib. Nəticədə səhər saatlarında Zaqatala rayonunun Talaçay, Qımır, Qımırbazar kəndlərindən sel keçib”
Xidmət rəisi onu da qeyd edib ki, soyuq atmosfer cəbhəsi əsasən şimal və qərb rayonlarında intensiv və güclü yağıntılara səbəb olub.
"Paralel.az"
https://youtu.be/V9NxGmQ77Gs